"VTB Bank (Azerbaijan)" ASC2019-cu il ərzində mənfəəti kapitallaşmaya yönəltməyi planlaşadırır, qərar may ayında qəbul olunacaq.
Eləcə də bax: “VTB Bank (Azerbaijan)” 2019-cu ildə işlək kredit portfelini - 40 MİLYON MANAT ARTIRIB
FED.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Yevgeni Kirin məlumat verib.
“Mənfəətin bölüşdürülməsi məsələsi adətən səhmdar tərəfindən birinci yarımillikdə nəzərdən keçirilir. Bu məsələ ilə bağlı qərarın may ayında qəbul olunacağı gözləyirik. Lakin hazırda səhmdar mənfəətdən dividendlərin əldə olunması imkanını müzakirə etmir. Beləliklə, gözləyirik ki, mənfəət bankın kapitallaşmasına yönəldiləcək”, - Kirin çərşənbə günü mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Eyni zamanda, Kirin əlavə edib ki, 2019-cu il ərzində bankın Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun xalis mənfəəti 4,9 milyon manat təşkil edib.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
2020-ci ilin əvvəlinə bankın kapitalı 60,292 milyon manat, nizamnamə kapitalı – 315,815 milyon manat təşkil edib.