Son dövrlər «çəki itirən» kredit potfelində də azalma davm etməkdədir.
Əhalinin "Bank Respublika"dakı əmanətləri artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2024-cü ilin ilk rübündə «Naxçıvanbank»ın istehlak kreditləri portfeli 8 dəfəyə yaxın kiçilib.
Belə ki, rübün sonuna bankın istehlak kreditləri portfeli 789 min manat təşkil edib ki, bu da ilin əvvəlindəki 6 milyon 35 min manatla müqayisədə 7,6 dəfə azdır.
Qeyd edək ki, istehlak kreditləri ilə yanaşı, bankın biznes kreditləri də azalır.
Belə ki, rüb ərzində bankın biznes kreditləri 21,5 milyon manat və ya 22% azalaraq 76,6 milyon manata enib.