Azərbaycan Sənaye Bankının ötən ilin birinci yarısı ilə müayisədə bu ilin birinci yarısında cəmi 2 nəfər işçisi artıb. FED.az xəbər verir ki, ötən ilin birinci yarısında bankın 117 nəfər, bu ilin həmin dövründə isə 119 nəfər işçisi olub. Nəticədə bankın son bir il ərzində işçilərinin sayı cəmi 2 nəfər artıb.
Qeyd edək ki, bu ilin birinci rübü ilə müqayisədə ikinci rübündə bankın bir nəfər işçisi azalıb. Belə ki, ilin əvvəlində bankın 120 nəfər işçisi olub. Lakin ilin ikinci rübündə bu say 119 nəfər təşkil edib.