“Access Bank” QSC-nin İdarə Heyəti (İH) yenidən formalaşacaq.
FED.az xəbər verir ki, hazırda Bankda İH-nın 2 sədr müavini vəzifələri vakantdır.
Belə ki, işdən çıxmış müavinlərdən biri Tariyel İsmayılov bir qədər əvvəl “Bank Respublika”nın İH-nın sədri vəzifəsinə təyinat alıb. Digər müavin Albrext Sabelus isə bu günlərdə vətəninə - Almaniyaya qayıdıb. Onların yerinə 2 xarici vətəndaşın təyin ediləcəyi gözlənilir.
Xəbər verdiyimiz kimi, Accessbankın rəhbərliyində yeni təyinalar olub.