«Unibank» həftə sonları da işləməyə başlayacaq.
Bankdan FED.az-a verilən məlumata görə müştərilərin tələbatını nəzərə alaraq, bəzi filiallar şənbə günləri də əhaliyə xidmət göstərəcək. Bankın paytaxt və Abşeronda “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt”, “Nərimanov”, “Bakıxanov”, “Xırdalan”, “İnşaatçılar”, “Mərdəkan”, 14 saylı (Beş mərtəbə), “Əhmədli” filialları, regionlarda isə “Bərdə”, “Gəncə”, “Kəpəz”, “Mingəçevir”, “Tovuz”, “Quba” və “Şəmkir” filialları şənbə günləri saat 10.00-dan 14.00-dək müştərilərin xidmətindədir. Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərir. Bankın bütün filialları isə həftənin 5 günü saat 09.00-dan 17.00-dək fəaliyyətdədir.
Bankın filiallarının yarısı həftə sonu da işləyəcək - SİYAHI

16:14
11 Dek 2017