“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 3 baş direktorundan biri olan Hidayət Sultanov işdən çıxıb. Bu barədə Bankın saytında məlumat verilib.
Onun yerinə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln.manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit"ə, 17,78%-i isə 13 qeyri-dövlət müəssisəsi və 1 759 fiziki şəxsə məxsusdur.