Bildiyimiz kimi 14 fevral bütün dünada "Valentine's Day - Sevgililər Günü" kimi qeyd olunur. Bu günü səbirsizliklə gözləyənlərlə bərabər, bu günü sevməyənlər də az deyil. Xüsusən də, sevgilisi olmayan gənclər. Ətrafda sevgililər əl-ələ, müxtəlif hədiyyələrlə, güllərlə dolaşır və sizin yalnız olduğunuzu sanki hər daim yadınıza salırlar. Lakin, üzülməyə dəyməz :)
FED.az xəbər verir ki, həmin gün yalnız sevgililərə özəl kampaniyalardan fərqli olaraq, Bank Respublika Sevgililər gününü yalnız keçirənləri, hələ də yarını tapmayanları düşünərək orijinal kampaniyaya start verib.
Müsabiqədə iştirak edin və dostlarınızla birlikdə CinemaPlus-a 3 nəfərlik bilet qazanmaq şansı əldə edin!
Şərtlər haqqında ətraflı məlumat verək:
- Demək, əvvəlcə Bank Respublikanın facebook səhifəsinə daxil olun və sevgililər gününə özəl postu tapın. Həm səhifəni, həm də postu bəyənin.
- Bu postu səhifənizdə hər kəsə açıq şəkildə paylaşın,
- 2 dostunuzu şərh bölməsinə tag edin.
Qeyd edək ki, yalnız bütün şərtləri düzgün yerinə yetirən 3 nəfər qalib olacaq.
Müsabiqə 13 fevral saat 20.00-a qədər davam edəcək və qalib woobox proqramı vasitəsilə təsadüfi seçim nəticəsində seçiləcək.