Azərbaycanda bank xidmətlərindən istifadə edərkən COVİD-19-dan qorunmaq üçün video rolik hazırlanıb.
FED.az xəbər verir ki, rolikdə internet üzərindən məhsul və xidmətlərin əldə edilməsi, təsərrüfat subyektlərində alış-veriş zamanı koronavirus infeksiyasından qorunmaq üçün ödəniş kartları ilə təmassız ödənişlərin aparılması, habelə mobil bankçılıq xidmətlərindən istifadə və kart hesabının balansının təhlükəsiz formada artırılması üsulları göstərilib.
Eləcə də bax: Nağdsız ödənişlər - 40% ARTIB
Rolik Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, İsveçrə Hökumətinin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun (SBFIC) birgə əməkdaşlığı əsasında hazırlanıb.
1. Koronavirus infeksiyasından qorunmaq üçün mən bank xidmətlərindən necə istifadə edə bilərəm?
https://www.youtube.com/watch?v=yPGKmNP4Pk0
2. Alış-veriş zamanı koronavirus infeksiyasından özümü necə qoruya bilərəm?
https://www.youtube.com/watch?v=an2m6gzW5lU