Bankda kariyera qurmaq istəyən və attestasiyaya hazırlaşan şəxslərə yaxşı xəbər var. FED.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq bank işinə aid demək olar ki, bütün sahələri əhatə edən tədris tipli testlər toplusunu cavab kartı ilə birlikdə, elektron kitab şəkilində, ödənişsiz əldə etmək imkanı yaranıb.
Bank işinə aid Testlər Toplusu (01.03.2021 tarixinə yenilənmiş, elektron kitab şəkilində) açıqlanıb.
Bu barədə FED.az-a bank inzibatçısı Ramal Əhmədov məlumat verib. Testlər toplsunu 01.03.2021 tarixinə qədər olan qanunvericilik dəyişikliklərinə uyğun olaraq yenilənib və FED.az vasitəsilə ictimaiyyətə təqdim edilir.
Təqdim edilən test suallarının tərtibatında nəzərdə tutulmuş əsas məqsəd qısa zamanda bank işinə aid lazımı qanunvericilik aktlarının xatirlaması və biliklərinizin yoxlamasına yardımçı olmaqdır. Testlərin tərtibatında doğru cavabı yox yalnış cavabı tapmanız istənilir, odur ki, doğru cavabı bildiyinizə əmin olduğunuz halda digər bəndləri də oxumağınız Sizə əlavə üstünlük qazandırır. Cavab kartında düzgün cavab, istinad olunan qanun və maddəsi həmçinin mənbəyə birbaşa keçid mövcuddur ki, mübahisəli hesab etdiyiniz bəndlərə vaxt itirmədən nəzər yetirəsiniz. İstinad mənbələrinin sonuncu yenilənmə tarixləri əlavə olaraq göstərilmişdir ki, testə nəzər yetirən şəxsdə yenilənmiş qanunlarla uyğunsuz cavablar olmasin və qanunvericilikdə dəyişiklər olduqca testləri yeniləmək asan və davamlı olsun.