Bankda işləmək bir çoxunun istəyidir. Bank sektoru ənənəvi olaraq perspektivli və prestijli olduğu üçün gənclər iş müraciəti üçün demək olar ki, bütün banklara CV verirlər. Maraqlıdır, bankda necə işə düzəlmək olar? Bunun üçün namizədlər hansı göstəricilərə cavab verməslidir? İqtisadi təhsili olmayanlar bankda işləyə bilərmi?
Eləcə də bax: Banklar kimlərə kredit vermir? – BANKİRLƏ MÜSAHİBƏ
FED.az xəbər verir ki, bankda işləmək mövzusu Azərbaycan Beynəlxalq Bankı və «ASAN Radio»nun yeni layihəsi olan «Bank saatı» radio verilişində (hər cümə saat 19.05-də efirdə) müzakirə edilib. FED.az bu mövzu ilə bağlı Azərbaycan Beynəlxalq Bankının İnan Resurslarının idarə edilməsi departamentinin direktoru Şölə Əkbərovanın «Bank saatı»na müsahibəsini təqdim edir:
- Şölə xanım, insanlar adətən bankda “ön cəbhə”dəki əməkdaşlarla kontaktda olur. Onlar kredit mütəxəssisləri, kassirlərdir. Amma “arxa cəbhə”də nələr olur, biz bilmirik. Ölkəmizdə ən perspektivli iş hesab edilən bank sektorunda necə işləmək olar?
- Bank da şirkətin bir formasıdır. Bütün şirkətlərdə istifadə olunan klassik qiymətləndirmə formaları və müəyyən prosedurlar var. Eləcə də banklarda vakansiya yarandığı təqdirdə bu vakansiyanın tələb və şərtlərinə cavab verən namizədlər müraciət edə və qiymətləndirmə prosesini uğurla keçə bilərsə təbii ki bankda işə qəbul oluna bilərlər.
Eləcə də bax: «İpotekadakı mənzilləri də satmaq olar» – BANKİRLƏ MÜSAHİBƏ
- Banklarda işə işə qəbul prosesi necə gedir? Mərhələlər nədən ibarətdir?
- Ümumiyyətlə şirkətlərin, o cümlədən bankın öz spesifikasına əsasən işə qəbul mexanizmlərindən hansısa birini seçə bilərlər. Birinci iş adətən qəbul edilmiş SV-lərin ilkin oxunması olur. Belə ki mövcud vakansiya ilə SV-dəki göstəricilər arasında uyğunluq yoxlanılır. İkinci mərhələyə ilkin olaraq uyğun olduğu düşünülən namizədlər təbii ki pozisiyadan asılı olaraq test yoxlamasına cəlb edilirlər. Adətən bu başlanğıc səviyyədə olan vəsifələrə aid olunur. Test mərhələsində bahkın müəyyənləşdirdiyi faiz nisbətini uğurla keçmiş namizədlər artıq müsahibə mərhələsinə dəvət olunurlar. Bu mərhələ öz növbəsində bir və ya iki mərhələdən ibarət ola bilər. Bu şirkətin işə qəbul prosedurundan asılıdır.
Eləcə də bax: Sahibkarlar üçün güzəştli kreditlərimiz var - BANKİRLƏ MÜSAHİBƏ
- Statistik məlumatlara görə Azərbaycan bank sektorunda hazırda 17 minədək adam işləyir. Bu rəqəmin təxminən 10 faizi – 1674 nəfəri ABB-nın əməkdaşlarıdır. Bank sektoru sabit iş yeri kimi tanınır ölkəmizdə. Məlumatıma görə neft sektorundan sonra ən yüksək maaş da məhz maliyyə sektorundadır. Bu həm dövlət, həm də özəl maliyyə sektorunda çalışanlara aiddir. Бизим бунунла баьлы кечирдийимиз сорьуда иштирак едянлярин бир щиссяси bankda işləmək арзусундадыр. Бəs Beynəlxalq Bankda necə, işləmək istəyən çoxdur? Bankınızın filialı çoxdur, yəqin ki iş üçün müraciət edənlərin sayı da çox olar.
- Təxminən 1 il 6 aylıq statistik məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Bankımızın elektron ЪV qəbulu e-mailinə bu müddət ərzində 14 mindən artıq ЪV daxil olub. Bu yalnız elektron müraciət edənlərin statistikasıdır. Təbii ki, iş üçün müraciətlər tək elktron deyil həmçinin kağız və zaminlik formatında da olur. Digər müraciətlərin sayı daha çoxdur.
- Bankınızda ehtiyat kadr bazası var? Adətən iş üçün müraciət edəndə namizədlər seçilir, seçilməyənlərə isə deyilir ki sizi yadda saxlayırıq, ehtiyac yaranarsa müraciət edəcəyik. Mən də daxil əksəriyyətimiz elə düşünürük ki bu yalnız təskinlik vermək üsuludur. Sizdə necədir, o namizədlərə geri dönüş olur yoxsa unudulur?
- Təbii ki işə qəbulun əsas prinsiplərindən və namizəd mənbəyi olaraq əsas vacib mənbələrdən biri də ehtiyyat kadrlar bazasıdır. Bu bazanın formalaşması da müxtəlif üsullar var və bundan asılı olaraq reallığa yaxın olan və reallığa uzaq olan hallar olur. Namizədlər müraciət etdikləri zaman onların testdən və müsahibədən uğurla keçməsi o demək deyil ki onlar mütləq işə qəbul ediləcək. Sonda ən uyğun namizəd seçilir. Soruşa bilərsiniz ki digər namizdlərlə nə baş verir. Digər namizədlər ola bilsin ki müraciət etdikləri pozisiyanın şərtlərinə və tələblərinə cavab vermirlər, amma onlar gələcəkdə yarana biləcək digər vakansiyanın tələblərinə uyğun ola bilsinlər. Bu zaman onlar ehtiyat kadr bazasına daxil edilirlər və adətən bu haqda namizədlərə məlumat verilir. İkinci baza yarana bilər, mən bayaq qeyd etdim elektron və digər üsullarla SV müraciətlərinin olduğunu. Onların arasında elə kadr ola bilər ki bu gün aktoal vakansiya üçün ehtiyacımız olmasın, amma gələcəkdə o göstəricilərə malik kadra ehtiyacımız olsun. Bu zaman ilk olaraq həmin namizədlər arasında axtarış edirik. Çünki yenidən hər dəfə elan vermək banka vaxt və maliyyə baxımından resusrlarının tükənməsinə səbəb ola bilər. Yəni ehtiyat kadrlar bazasının mövcudluğu əslində bankın işə qəbul kmandasının işinə kömək edir.
- Şölə xanım, siz bankda necə işə başlamısınız? Çoxdan bank sektorundasınız?
- Təxminən bir il yarımdır bank sektorunda çalışıram. Mənə iş üçün görüşməyi təklif etdilər, rəhbərliklə görüşdük və düşündük ki birlikdə işləsək bank üçün müəyyən işlər görə bilərik.
- Mən bildiyimə görə belə bir qayda var banklarda. Biri var ki, müraciət edilən şəxslər arasından işçi seçmək, bir də var ki hər hansı bir bank hansısa bir mütəxəssisi işə cəlb etmək istəyir. Buna “kadrları ovlamaq” deyirlər. Hazırda belə hallar olurmu bank sektorunda?
- Bu tək bank sektorunda deyil, bütün dünyada işə qəbulun şərtlərindəndir ki, hansısa vəzifənin icrası üçün layiqli mütəxəssis seçilsin. Yəni şirkət düşünür ki əmək bazarında bu işi ən yaxşı kimlər görə bilər. Əgər konkret olaraq bank sektorundan danışırıqsa hər hansı bankın rəhbərliyi maraqlanır ki bu sektorda bu işi ən yaxşı kim icra edə bilər. Həmin insanla sivil qaydada görüşürlər, həyata keçirmək istədikləri layihə barədə məlumat verirlər, qarşı tərəfin tələblərini öyrənirlər. Çünki belə hallarda şərtlərin müəyyənləşdirilməsində daha çox qarşı tərəfin fikri üstünlük təşkil edir.
- Şölə xanım, Azərbaycanda bank sektorunda işə girmək üçün neçə yaşından sonra müraciət etməyin mənası yoxdur? Yaş həddi var?
- Bu suala konkret cavab vermək olmaz, bu pozisiyadan asılıdır. Bank sektoru xidmət sektoru olduğu üçün burada işçilərin əksəriyyəti “ön ofis” dediyimiz hissəyə düşür və onlar əhaliyə kəmiyyət və keyfiyyət olaraq daha yaxşı xidmət göstərmək lazmdır. Bu zaman o vakansiya üçün təkcə bilik və bacarıq yetərli olmur, həm də enerji, sağlamlıq, xarici görünüş, motivasiya da tələb edilir. Bu baxımdan yaş faktoru təsir edir. Amma qanunvericiliyimizə uyğun olaraq banklar da daxil şirkətlər belə bir hədd qoymurlar ki, neçə yaşadək işçi tələb olunur.
- Onda qəbul zamanı baxırlar namizədinj potensialına?
- Elan edilmiş vakansiyanın tələblərinə cavab verən 5 ən yaxşı namizəd varsa onların arasında yaş faktoru o zaman rol oynamağa başlayır. Amma ilkin seçimlər zamanı yaş faktrunu vacib şərt kimi götürmək düzgün deyil.
- Bank sektorunda işləmək üçün mütləq iqtisadi fakültə, maliyyəni bitirmək lazımdır? Başqa ixtisas sahibləri də müraciət edə bilər? Ali təhsil hökmən olmalıdır?
- Əslində bank sektoru maliyyə sferasını əhatə elədiyinə görə sorğuda da gənc namizədlər bank təcrübəsinin olmamasına və ya iqtisadi sahədə ali təhsilli olmadığıangörə işə götürülməyəcəyini düşünür. İlkin olaraq ağıla gəlir ki yalnız bank, iqtisadiyyat, maliyyə üzrə təhsili olanlar olmalıdır bu işdə. Təbii ki işin funksiyalarından asılı olaraq o namizədlər çoxluq təşkil edir. Nümunə üçün öz bankımızı götürsəm, bizdə çalışan əməkdaşların 90 faizi ali təhsillidir və onların 50 faizi də iqtisadiyyat, maliyyə, bank işi sferasında təhsil alıblar. Bank bir şirkətdir, fəaliyyət göstərməsi üçün həm strateji cari idarəetmə, informasiya texnologiyaları sahəsində də dəstəyə ehtiyacı var, risk menecment, hüquqşünaslara ehtiyacı var ki tam gücü ilə fəaliyyət göstərsin. Bu baxımdan digər sferalarda fəaliyyət göstərən şəxslərə də ehtiyac var.
- Xaricdə təhsil alan namizdlərin bank sektoruna qəbuluna üstünlük verilir?
- Eyni göstəricilərə malik namizdlərdirsə onlar arasında seçim zamanı xaricdə aldığı təhsilin profili önəmlidir. Əgər o təhsil işini daha effektiv həyata keçirməyə kömək olacaqsa o zaman təbii ki üstünlük veriləcək. Amma bu yeganə kriteriya deyil.
- Bəzən işə qəbul tələblərinin sərtliyindən şikayətlənir namizədlər. İndi hər yerdə işə qəbul şərtlərindən biri də ingilis dilidir, yəqin ki ABB-da da bu tələb var. Əgər bu dam ölkə daxilində fəaliyyət göstərirsə ingilis dilini bilməyinə nə ehtiyac var?
- Əgər bank tələbləri sərt qoyursa resurs axtarışı zamanı öz işini çətinləşdirmiş olur. Çünki bir reallıq var, əmək bazarı var və biz o bazarda olan kadrlarla çalışırıq. Yəni bəlli bir təhsil sistemi və bəlli təcrübəyə malik insanlar var. Ona görə vəzifə üçün tələbləri qoyanda bacarıq, təhsil və təcrübə baxımından daha realist olmaq lazımdır. Konkret olaraq dil məsələsinə gəlincə isə, bizim xidmət göstərdiyimiz insanlar arasında xarici vətəndaşlar, şirkət nümayəndələri var. Yaxud arxa ofisdə xüsusi departament var ki onların əsas işi xarici təcrübənin araşdırılması, təhli edilməsi və öyrənilməsidir. Təbii ki bu zaman ingilis dili ən vacib faktorlardan biridir. Həmçinin ölkə əhalisinin tərkibini də nəzərə almalıyıq. Bizim bankımız rusdilli müştərilərə də xidmət göstərir, məmnuniyyəti təmin etmək, müştərinin özünü rahat hiss etməsi üçün onun dilində rahat ifadəni bacarmalıdır nümayəndə.
- Biz bir sorğu da keçirmişik əhali arasında. Bank kartı şifrəsini necə mühavizə etmək laızmdır sualına cavab axtarmışıq. Kimisi dedi heç kim olmayanda pul çıxarır bankomatdan, kimisi dedi bankomatın qarşısında elə pozisiyada durur ki kimsə görməsin kodunu, kimisi də dedi ki kartı yaxşı mühavizə etdiyi üçün kodunu kiminsə görməsindən narahat olmur. Siz necə, bank kartı kodunuzu necə mühavizə edirsiniz?
- Bu əslində psixoloji faktordur. İnsan hansısa əşyanı, informasiyanı gizlətməyə çalışırsa ya fiziki ya mənəvi olaraq mühavizə etməyə çalışır. Yəqin ki mən də digər insanlar kimi hansısa formada o informasiyanı qoizləməyə çalışıram. Amma digər tərəfdən də yalnız kodu müəyyənləşdirməklə təhlükəsizlik qaydaları pozulmasın deyə fikirləşirəm ki bununla bağlı da müəyyən tədbirlər görülməlidir ki ehtiyyatsız insanları mühaviəz edə bilək.
- Son olaraq bir sualım da var. Bizə maraqlıdır ABB-da çalışanların neçə faizi qadın, neçə faizi kişidir?
- Biz bu məsələyə çox həssas yanaşırıq. Hazırda mövcud işçilərimizin təxminən 40%-ni qadınlar təşkil edir, qalan 60 % isə kişilərdir.