Azərbaycan Bank Tədris Mərkəzi banklarda yeni işə qəbul edilmiş mütəxəssislər və bank sektorunda işləməyi planlaşdıran şəxslər üçün “Ümumi bank işi” üzrə təlimə başlayır.
FED.az-ın məlumatına görə, təlim bu ilin oktyabr ayının 23-dən başlayaraq 2018-ci ilin mart ayınadək davam edəcək. Doqquz modul üzrə davam edəcək təlimdə iştirakçılara Azərbaycanın iqtisadi və maliyyə sistemi, bank fəaliyyəti ilə bağlı qanunvericilik, bank məhsulları və xidmətləri, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər, kredit işi marketinq və müştəri xidmətləri, eləcə də bank işində risklər, biznes etika və məntiq kimi mövzular tədris olunacaq. Təlim mövzuları üzrə keçirilən 6 testin ümumi nəticələri üzrə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “Proqramı müvəffəqiyyətlə baş vurmuşdur”, bundan aşağı nəticə göstərənlərə isə “Proqramda iştirak etmişdir” sertifikatı təqdim olunacaq Qeyd edək ki, ödənişli əsaslarla həyata keçirlən təlimin qiyməti bir nəfər üçün 1200 AZN təşkil edir.
Bankda çalışan əməkdaşların nəzərinə!
10:21
17 Okt 2017