Xəbər verildiyi kimi, 28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2022” adlı tədbiri keçirilib.
“Bankçılıq Mükafatları- 2022”nin qalibləri məlum oldu - SİYAHI
FED.az xəbər verir ki, tədbir ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilib.
Tədbirdə 2022-ci ildə banklar tərəfindən bütün istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal banklar seçilib.
Mükafatlandırmanın nəticələrinə görə, ölkənin ən böyük bankı və bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankı (ABB) – həyata keçirilən layihələr üzrə ən aktiv bank olub. Bundan başqa, “Yelo Bank”, “Rabitəbank”, “Paşa Bank” və “Bank of Baku” da ən çox mükafat qazanan banklardan olub.
“ABB” ASC
- “Korporativ sosial məsuliyyət”,
- “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”,
- “Ən fəal təhsil dəstəkçisi”,
- “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”,
- “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”,
- “Elektron bankçılıq üzrə layihələr”.
“Yelo Bank” ASC
- “Korporativ Sosial Məsuliyyət”,
- “Ən fəal təhsil dəstəkçisi”,
- “Elektron bankçılıq üzrə layihələr”
- “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”,
- “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri”
“Rabitəbank” ASC
- “Korporativ sosial məsuliyyət”,
- “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”,
- “Ən fəal təhsil dəstəkçisi”,
- “Elektron bankçılıq üzrə layihələr”,
- “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası üzrə “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov mükafatlandırılıb.
“PAŞA Bank” ASC
- “Korporativ sosial məsuliyyət”
- “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”
- “Elektron bankçılıq üzrə layihələr”,
- “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”,
- “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri”
“Bank of Baku” ASC
- “Korporativ sosial məsuliyyət”
- “Ən fəal təhsil dəstəkçisi”
- “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri”
- “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası üzrə “Bank of Baku” ASC-nin Ödəniş sistemləri Departamentinin direktor müavini Tamerlan Rüstəmov
“Express Bank” ASC
- “Korporativ sosial məsuliyyət”,
- “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”,
- “Ən fəal təhsil dəstəkçisi”,
- “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”
“Kapital Bank” ASC
- “Korporativ sosial məsuliyyət”,
- “Ən fəal təhsil dəstəkçisi”,
- “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri”
- “Elektron bankçılıq üzrə layihələr”,
“Unibank KB” ASC
- “Korporativ sosial məsuliyyət”,
- “Ən fəal təhsil dəstəkçisi”
- “Elektron bankçılıq üzrə layihələr”,
- “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası
“Bank Respublika” ASC
- “Korporativ sosial məsuliyyət”,
- “Ən fəal təhsil dəstəkçisi”,
- “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri”
“Turan Bank” ASC
- “Korporativ sosial məsuliyyət”,
- “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”,
- “Elektron bankçılıq üzrə layihələr”,
“Bank VTB”
- “Korporativ sosial məsuliyyət”
- “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”
- “Ən fəal təhsil dəstəkçisi”,
“Ziraat Bank Azərbaycan” ASC
- “Korporativ sosial məsuliyyət",
- “Ən fəal təhsil dəstəkçisi”
“Azər Türk Bank” ASC
- “Korporativ sosial məsuliyyət”,
- “Ən fəal təhsil dəstəkçisi”
“Xalq Bank” ASC
- “Korporativ sosial məsuliyyət”,
- “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”
“Accessbank” ASC
- “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”,
“AFB Bank” ASC
- “Korporativ sosial məsuliyyət”,
“Yapı Kredi Azərbaycan” ASC
- "Korporativ sosial məsuliyyət"
“Azərbaycan Kredit Bürosu” MMC
- “Elektron bankçılıq üzrə layihələr”