Dövlət bankı "Azər Türk Bank" Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar başladığı “28 May” kredit kampaniyasının müddətinin uzadılması barədə qərar verib.
Banka müraciətlərin sayının artması və müştərilərin arzusu nəzərə alınmaqla kampaniya cari ilin 14 iyun tarixinədək davam etdirələcək.
Ölkə vətəndaşları kampaniya çərçivəsində "Azər Türk Bank"dan zaminsiz 10000 manatadək, zaminlə 20000 manatadək, 3 aydan 36 ay müddətinə kredit əldə edə bilərlər. Kreditin illik faiz dərəcəsi 18%-dən başlayır. Kredit üzrə xidmət haqqı sadəcə 1% təşkil edir.
Bu barədə daha ətraflı məlumatı http://azerturkbank.az/campaigns/28-may/ saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.