Zaminlikdən birtərəfli qaydada imtina etmək olmaz. Yalnız iki halda zamin tələb edə bilərki kredit götürən şəxsə zaminliyinə xitam verilsin. Bu sözləri hüquqşünas Əkrəm Həsənov Fins.az-a məsələ ilə bağlı danışarkən bildirib.
Birinci hal odur ki, kredit müqaviləsinə sonradan dəyişiklik edilsin və bu dəyişikliklər də zamin üçün əlverişsiz olsun. Misal üçün kreditin məbləği artırılıb, kreditin qaytarılma müddəti artırılıb və s. Bu halda bankdan kredit götürən şəxsə zamin duran, zaminlikdən imtina edə bilər.
İkinci hal isə odur ki, əgər kredit müqaviləsinin müddəti bitəndən sonra bir il keçirsə və bank pulu tələb etmədiyi müddətdə zamin tələb edə bilərki zaminliyə xitam verilsin.
Misal üçün kredit götürülüb 3 il müddətinə , 3 il keçir daha sonra bir il də keçir, amma bank zamindən pulu tələb etmir. Bu halda zamin zaminlikdən imtina edə bilər. Başqa hallarda isə zaminlikdən imtina mümkün deyil.
Bir zaminin başqa zaminlə vəzə edilməsi isə bankın razılığı olduğu halda mümkündür. (fins)