Bank VTB (Azərbaycan) ilk dəfə olaraq ölkənin bank bazarında Visa Platinum kart sahibləri olan müştərilərinə 24 saat ərzində çat-konsyerj xidməti təklif edir. Bu xidmət kart sahiblərinə qısa müddət ərzində bir sıra gündəlik məsələləri həll etməyə imkan verir:
Eləcə də bax: "Bank VTB" “Maliyyə-bank” adlı panel iclasda - İŞTİRAK EDİB
- İstənilən müəssisələrin əlaqə nömrələrinin axtarışı
- Müxtəlif hadisələr haqqında arayış məlumatın alınması
- Restoranlarda masaların bronlaşdırılması
- Yemək, gül, dərman və s. sifarişi
- Məhsul və xidmətlərin axtarışı
- Səyahətlərin təşkili
- Biletlərin alınması
- Otellərin axtarışı və bronlaşdırılması
- İtirilmiş baqajın qaytarılması üzrə dəstək
- Transfer, yaşayış, avtomobil və digər xidmətlərin icarəsi
Bank VTB (Azərbaycan)-ın Visa Platinum kart sahibləri üçün çat-konsyerj xidməti pulsuzdur. Kart sahibləri virtual köməkçiyə istənilən vaxtı Viber və Telegram messencerlərində müraciət edə bilər. Çat-konsyerj azərbaycan, rus, ingilis və gürcü dillərində xidmət göstərir. Bu xidmətə qoşulmaq üçün VTB (Azərbaycan)-ın istənilən filialına, eləcə də +99455 2140986 nömrəli WhatsApp və ya bankın saytı vasitəsilə müraciət etmək mümkündür.
QR-kodu skan etməklə konsyerjin əlaqə nömrələrini əldə etmək mümkündür: