Kredit təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, Bank VTB VR-ipoteka xidməti çərçivəsində ipoteka krediti verən ilk qurum olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, VR-ipoteka sövdələşməsi mənzil almaq istəyən Rusiyanın Krasnoyarsk şəhərinin sakini ilə həyata keçirilib.
Eləcə də bax: "Bank VTB" Azərbaycan-Rusiya işgüzar şurasının - İCLASINA QATILIB
“VR-ipoteka xidməti virtual reallıq eynəklərindən istifadə etməklə daşınmaz əmlak obyektinin bütün xüsusiyyətlərini qiymətləndirmək imkanını verir: şəhərin xəritəsindəki yeri, infrastrukturu (uşaq və baxış platformaları, metro və sosial obyektlərdən uzaqlıq) və otaqların detallı dizaynı. VR-seans zamanı müştəri almaq istədiyi mənzil haqqında ətraflı məlumat verən virtual məsləhətçi ilə müşayiət olunur”, – relizdə deyilir.
Eləcə də bax: Azərbaycandakı Rusiya bankı – MƏNFƏƏTDƏDİR – BÜTÜN GÖSTƏRİCİLƏR ARTIB
Bank VTB “virtual reality” texnologiyasından istifadə edərək ipoteka xidmətinin yeni həllini təqdim etmiş olub. Qeyd edək ki, VR-ipoteka xidməti Rusiyanın Krasnoyarsk, Yakutsk, Moskva və Yekaterinburq şəhərlərində istifadəyə verilib.
VR-eynək sayəsində müştərilər Moskva, Sankt-Peterburq, Soçi, Krasnodar və Kalininqrad şəhərlərində ipoteka krediti ilə danışmaz əmlak seçə və ala bilərlər. Pilot layihə çərçivəsində bankın 100-ə yaxın akkreditə olunmuş obyekti təqdim olunur.