VTB (Azərbaycan)-ın plastik kart istifadəçiləri bir sıra xidmət obyektlərində ödəniş etdikdə əhəmiyyətli endirim qazanacaq.
Ticarət və xidmət müəssisələrinin siyahısına paytaxtdakı məşhur restoran, mağaza, turizm agentlikləri və özəl klinikalar daxildir.
Belə ki, VTB (Azərbaycan)-ın plastik kart sahibləri Gömrük Hospitalına müraciət etdikdə 50%, Mediland Hospitalda -35%-dək, Turk-Americanda isə 15% endirim əldə edəcək. Tonqal və Cosycafe and lounge restoranlarında müvafiq olaraq 10% və 20% güzəştdən istifadə etmək mümkündür; 20%-dək endirim Dream MT Travel, EuroFlyTravelvə Premium TravelGroup turizm şirkətlərində təklif olunur. Gallery mağazalarında, eləcə də GoldPlatinum kart istifadəçiləri üçün Choco Bon mağazasında alış-veriş zamanı 10%-lik endirim nəzərdə tutulub.
Bu güzəştlərdən yararlanmaq üçün plastik kart ilə nağdsız ödəniş etmək vacib deyil. Ticarət və xidmət müəssisəsində VTB (Azərbaycan) kartını göstərmək kifayət edir.
Endirimlər bütün kart sahiblərinə, həmçinin bank VTB (Azərbaycan)-ın əmək haqqı layihəsinin iştirakçılarına da aiddir. Bank VTB (Azərbaycan)-ınəmək haqqı layihəsi maaş, eləcə də təqaüd və digər daimi və birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsulunu özündə əks etdirir.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir