Bank VTB Müşahidə Şurasının yeni sədrini dekabrın 14-də seçəcək.
Rusiya mətbuatının verdiyi xəbərə görə, bu barədə Bank VTB-nin sədri Andrey Kostin deyib.
Daha əvvəl bu vəzifəni keçmiş Rusiya İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev tutub.
Qeyd edək ki, İqtisadi İnkişaf naziri iki milyon dollar həcmində rüşvət götürməkdə ittiham edilir. İstintaq komitəsi bəyan edib ki, A.Ulyukayev pulu götürərkən cinayət başında həbs edilib.
A.Ulyukayev məhkəmədə günahını etiraf etməyib.