Rusiyanın VTB bankı dollar avrobondlarının sahibləri ilə hesablaşmağın yeni üsulun tapıb. Bank Rusiyaya «dost olmayan» ölkələrdən olan investorların pulunu rublla ödəyib. Bank rəhbərliyinin sözlərinə görə, VTB bank eyni əməliyyatı digər valyuta bondları üzrə ödənişlərə də tətbiq edəcək.
Eləcə də bax: "VTB (Azərbaycan)" Rusiyaya pul köçürmələrini - DAVAM ETDİRİR
Bankın idarə heyətinin üzrə Dmitri Pyanov bildirib ki, 52 milyon dollarlıq ödəniş aprelin 15-də Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq həyata keçirilib.
Qeyd edək ki, bu – VTB bankın 2014-cü ilədək buraxdığı 4 avrobonddan biridir. Pyanov bildirib ki, VTB bank sanksiyalar səbəbindən dollar sistemindən kənarlaşdırıldığı üçün özündən asılı olmayan səbəbə görə, dollarla ödəniş edə bilməyib.
Ümumiyyətlə Bank VTB iki istiqamətdə ödəniş edib – Rusiyadan və «dost» ölkələrdən olan investorlara 27 milyon dollar – rublda, və «dost olmayan» ölkələrdən olan investorlara 25 milyon dollar – rublda. Amma sonuncuların pulları rus banklarındakı C hesabına oturacaq. Digər hesablardan fərqli olaraq bu hesbalar bloklanıb. Bu da o deməkdir ki, «dost olmayan» investolar öz hökumətlərinə müraciət edərək Rusiyanın aktivlərinin blokdan açılmasını xahiş edəcəklər. Hesab açılsa, investorlar ödənişləri alacaqlar. VTB bank bundan sonrakı ödənişləri də eyni sxemlə həyata keçirmək niyyətindədir.