Rusiyanın "Bank VTB" ASC-nin dövlətə məxsus olan 10,9% səhm paketinin 2020-ci ilə qədər satılacağı bildirilir.
"Rambler News Service" agentliyi xəbər verir ki, bu açıqlamanı Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev Federasiya Şurasının iclasında jurnalistlərə verib.
A.Moiseyev bildirib ki, Bankın 10,9% səhmlərinin satışa çıxarılması qərara alınıb: "Amma bunun neçənci ildə olacağı məlum deyil". Nazir müavini, həmçinin "Bank VTB"-nin dövlətə aid səhm paketinin 2017-ci ildə özəlləşdirilməsi ehtimalının az olduğunu qeyd edib.
"Sberbank"da dövlət payının 50%-dən aşağı salınması ilə bağlı suala isə Moiseyev "bu barədə hələ bir qərar verilməyib" - deyib.