Avqustun 28-də "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bankdan verilən məlumata görə, tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.
İclasın gündəliyinə bankın Müşahidə Şurasının tərkibi, eləcə də bankın cari sövdələşmələri haqqında məsələlər daxildir.