"Bank VTB (Azərbaycan)" ASC-nin maliyyə departamentinin müdiri Roman Rudakov bankın İdarə Heyətinin yeni üzvü təyin olunub.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, R. Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva Dövlət polad və ərintilər institutunu bitirib.
O, bank sahəsində böyük təcrübəyə malikdir. Belə ki, R. Rudakov Rusiyanın “Uralsib”, “PromServisBank”, “Bank Aleksandrovski” və digər banklarında rəhbər vəzifələrdə çalışıb.
2017-ci ildən "Bank VTB (Azərbaycan)"ın maliyyə departamentinə rəhbərlik edir.