Rusiyanın “VTB” bankının Azərbaycandakı törəməsi “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinə təyinat olub.
Eləcə də bax: “Bank Respublika”da yeni icraçı direktor - TƏYİN EDİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bankın səhmdarlarının qərarı ilə Korporativ biznesin inkişafı departamentinin direktoru Tural Camaləddin oğlu Hüseynov İdarə Heyətinin üzvü təyin edilib.
T.Hüseynov bank sektorunda 16 ildir çalışır. 2016-2017-ci illərdə “Bank VTB (Azərbaycan)”da Korporativ biznesin inkişafı departamentinin tranzaksiya biznesi idarəsinin rəisi vəzifəsində çalışıb. 2018-2022-ci illərdə “Unibank” ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb. 2022-ci ilin yanvar ayından “Bank VTB (Azərbaycan)” ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktorudur.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315.8 milyon manatdır. Bankın səhmlərinin 99.999995%-i “Bank VTB Rusiya” PSC-yə, 0.000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.