“Bank VTB Azərbaycan”nın kredit portfeli azalsa da, iş adamlarına verdiyi biznes kreditlərinin həcmi artıb.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin sonuna olan məlumata görə bank ümumilikdə 238 milyon 215 min manat kredit verib.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Bu göstərici 2018-ci ilin sonun olan məlumatla müqayisədə 7 milyon 515 min manat və ya 3% azdır. 2018-ci ilin sonuna bankın müştərilərinə verdiyi kreditlər 245 milyon 720 min manat təşkil etmişdi.
Bankın kredit portfeli cüzi azalmağına baxmayaraq, biznes kreditlərinin həcmi artıb.
2019-cu ilə olan malumata görə, bankın biznes kreditlərinin məbləği 166 milyon 996 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 12 milyon 269 min manat və ya 7,9% çoxdur. 2018-cu ilin sonuna olan məlumata görə, bankın biznes sahəsinə verdiyi kreditlərin məbləği 154 milyon 727 min manat təşkil etmişdi.
Bank biznes kreditlərindən fərqli olaraq istehlak kreditlərini azaldıb.
2019-ci ilə olan məlumata görə, bank 56 milyon 013 min manatlıq istehlak krediti verib ki, bu da 2018-ci ilin sonuna olan məlumatla müqayisədə 22 milyon 314 min manat və ya 28,4% azdır. 2018-ci ildə bankın istehlak kreditinin məbləği 78 milyon 327 min manat təşkil etmişdi.
Daşınmaz əmlak kreditləri 2019-cu ilin sonuna 15 milyon 207 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 2 milyon 531 min manat və ya 19,9% çoxdur. 2018-ci ildə bankın daşınmaz əmlak sahəsinə verdiyi kreditlər 12 milyon 677 min manat təşkil etmişdi.