“Bank VTB (Azərbaycan)” ASC komitələrinin üzvlərinin siyahısını yeniləyib. Bu barədə Banker.az banka yaxın mənbədən əldə etdiyi məlumatda deyilir.
Eləcə də bax: “Azsığorta”nın sədr müavini dəyişdi – TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycanda maliyyə sektorunda son 6 ayda bir çox yerlərdə vəzifə tutan Rəşad Rəsullu “Bank VTB Azərbaycan”ın Riskləri idarəetmə komitəsinin sədri vəzifəsini tərk edib.
Rəşad Rəsullu – “Ata Sığorta” ASC-də və Amerikanlara satılan Monteneqrodakı Azərbaycan bankında Diektorlar Şurasının üzvi vəzifəsini də tutub.
“Bank VTB Azərbaycan”da R.Rəsullunun yerinə isə Tsaryov Sergey Vladimiroviç təyin edilib.
Həmin komitədə daha bir şəxs – Mirzəzadə Vüqar, Səlimzadə Leyla ilə əvəzlənib. Eləcə də Riskləri idarəetmə komitəsinin məsul katibi olmuş Rüfət Sultanovun yerinə Fəranə Heydərova seçilib.