Pul vəsaitlərinin saxlanması və artırılması həyatın bütün mərhələlərində insanları maraqlandırıb.
FED.az məlumat verir ki, bu səbəbdən banklarda depozit yerləşdirmək kapitalın artırılmasının populyar və sadə üsullarından biridir, və bunun üçün xüsusi maliyyə bilikləri tələb olunmur. Düzgün bank seçimi etmək və vəsaitin yerləşdirilməsi üçün sərfəli şərtlər tapmaq kifayət edir.
Misal üçün bank VTB (Azərbaycan)-da əmanət yerləşdirməyin bir sıra üstünlükləri mövcuddur.
Eləcə də bax: “Bank VTB Azərbaycan” filiallarının - İŞ SAATINI ARTIRIB
Birincisi, maliyyə təşkilatının etibarlılığı.
VTB (Azərbaycan) – beynəlxalq maliyyə qrupu VTB-nin bir hissəsidir və 10 ildən çoxdur ki, ölkənin bank sektorunda uğurla fəaliyyət göstərir. Böyük iş təcrübəsi bankın sabitliyini nümayiş etdirir.
İkincisi, əmanətlərin şərtləri.
Bank VTB (Azərbaycan) fiziki şəxslərə üç depozit məhsulu təklif edir: “Sərfəli”, “Universal” və “”Sərbəst”. Vəsaitləri milli, eləcə də xarici valyutada – dollar və rublda yerləşdirmək olar. “Sərfəli” və “Universal” əmanətlərini müştəri üçün rahat olan istənilən müddətə – 90 gündən 730 günədək açmaq mümkündür. “Sərbəst” depoziti 12 ay müddətinə açılır.
Milli valyutada və uzun müddətə yerləşdirilən əmanətlər daha çox gəlir qazandırır.
Əlavə pul vəsaitinin qoyulması nəzərdə tutulmayan “Sərfəli” əmanəti 545 gündən etibarən açıldıqda maksimal faiz dərəcəsi 8% təşkil edir. “Universal” əmanəti 365 gündən etibarən yerləşdirildikdə faiz dərəcəsi bir qədər aşağı 6,75% -dir, amma müddətin birinci hissəsində pul vəsaitinin əlavə edilməsinə və faizlərin hər ay ödənməsinə imkan verir. “Sərbəst” əmanətinin özəlliyi isə bütün müddət ərzində depozitə vəsaitin əlavə edilməsidir.
“Sərfəli” və “Universal” əmanətləri üzrə minimal məbləğ 100 manat (və ya xarici valyuta ekvivalenti), “Sərbəst” təklifi üzrə isə 50 manat təşkil edir.
Müştərinin istəyindən asılı olaraq hesablanmış faizlər bank kartına və ya cari hesaba köçürülə bilər. Hesablanmış faizlərin alınması üçün müştəriyə pulsuz ödəniş kartı, eləcə də SMS-xəbərdarlıq xidməti və internet/mobil banka qoşulmaq imkanı verilir. Daha bir üstünlük Direct rəqəmsal bankdan istifadə imkanıdır – müştərilər bank əməliyyatlarını Facebook mesencerində həyata keçirə bilər.
VTB (Azərbaycan)-ın depozit məhsulları barədə əlavə məlumatı bankın saytından və ya 986 qısa nömrəsi vasitəsilə məlumat mərkəzinə zəng edərək əldə etmək mümkündür.