Bank VTB (Azərbaycan) təhsil kreditinin şərtlərini yeniləyib və indi müştərilərə daha da sərfəli məhsul təklif edir. Yeni şərtlərə əsasən, bankın təhsil kreditini nəinki Rusiya ali təhsil ocaqlarında, eləcə də bütün yerli və digər xarici ölkələrin təhsil müəssisələrində oxuyanlar ala bilər.
Şərtlərə görə, kreditin maksimal məbləği 30 000 AZN təşkil edir, vəsait manatla, 6 aydan 60 ayadək müddətə verilir. Kredit təhsil müəssisənin hesabına nağdsız ödəniş yolu ilə bir neçə tranşla köçürülməklə ayrılır. Bir tranşın maksimal həcmi semestr və ya il üçün 10 000 AZN təşkil edir. Kreditin alınması üçün borcalandan ilkin ödəniş tələb olunmur.
Kredit üzrə faiz dərəcəsi illik 19%-dan başlayır. Tələbələrin nailiyyətlərini dəstəkləmək üçün bank VTB (Azərbaycan) fərqlənmə ilə oxuyanlara kreditin faiz dərəcəsində 1% endirim də edir.
Kredit həm ali, həm də orta-ixtisas məktəblərində təhsilin ödənişi üçün nəzərdə tutulub. Bu zaman kredit nəinki hər hansı təhsil ocağında oxuyanlara, habelə təkmilləşmə və peşə hazırlığının ödənişinə də yönəldilə bilər. Pul vəsaiti təhsil alanın özünə və ya yaxın qohumuna verilə bilər.
Təhsil krediti barədə əlavə məlumat almaq üçün müştərilər bankın ofislərinə və ya 986 qısa nömrəli Çağrı Mərkəzinə müraciət edə bilər.