Bank VTB (Azərbaycan) “Yeni nəsil Kontakt seçir” aksiyasının sentyabr üzrə qalibini müəyyən edib. Contact təcili pulköçürmələri sisteminin keçirdiyi aksiyanın qalibi bank VTB (Azərbaycan)-ın Neftçilər filialının müştərisi Elşad Əhmədov olub. Hədiyyə qismində qalibə səyahət sertifikatı təqdim olunub.
Contact sistemi vasitəsilə ən azı 250 AZN (və ya digər valyuta ekvivalentində) məbləğində “Pul köçürmə” xidmətindən istifadə edən müştərilər aksiyanın avtomatik olaraq iştirakçısına çevrilir. Qalib hər ay lotereya vasitəsilə müəyyən edilir. Aksiya 30 noyabr 2018-ci il tarixinədək davam edəcək. Aksiyanın şərtləri və hədiyyələrin alınması barədə ətraflı məlumatı Contact pul köçürmə sisteminin saytından əldə etmək mümkündür.
Beynəlxalq pul köçürmə sistemi Contact vasitəsi ilə pul vəsaitini həm ölkə daxilinə, həm də xaricə göndərmək olar. Köçürmələr manat, rubl, dollar və avroda həyata keçirilir.
Bank VTB (Azərbaycan) “Yeni nəsil Kontakt seçir” aksiyasının qalibini təbrik edib
16:13
29 Okt 2018