Aprelin 28-də "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bankdan verilən məlumata görə, tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.
İclasın gündəliyi açıqlanmayıb.
"Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları "VTB Bank" ASC və "AtaHolding" ASC-dir. "Bank VTB (Azərbaycan)" ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.