Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB (Rusiya) PSC və Bank VTB 24 (Rusiya) PSC yenidən təşkil olunublar və yenidən təşkil olunma nəticəsində Bank VTB 24 (Rusiya) PSC 03.10.2017-ci il tarixli Qoşulma Müqaviləsinə əsasən Bank VTB (Rusiya) PSC-yə qoşularaq 1 yanvar 2018-ci il tarixindən ləğv olunub.
FED.az Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin məlumatına istinadən xəbər verir ki, Bank VTB 24 (Rusiya) PSC-yə məxsus Bank VTB (Azərbaycan) ASC-nin 124 496 737 (yüz iyirmi dörd milyon dörd yüz doxsan altı min yeddi yüz otuz yeddi) ədəd adi adlı sənədsiz səhmləri hüquq varisliyi qaydasında Bank VTB (Rusiya) PSC-yə keçmişdir.
Bank VTB (Azərbaycan) ASC-nin səhmlərin payı aşağıdakı kımi idi:
Bank VTB (PSC) – 51%
Bank VTB24 (PSC) – 48,9999 %
Fiziki şəxs – 0,0001%.
Bankın nizamnamə kapitalı 50 815 000 ( əlli milyon səkkiz yüz on beş min) manat olmaqla, hər birinin nominal dəyəri 0.2 (sıfır tam onda iki) manat olan, 254 075 000 (iki yüz əlli dörd milyon yetmiş beş min) adlı, sənədsiz, adi səhmdən ibarətdir.
Dəyişiklikdən sonra:
Bank VTB (PSC) (PSC) – 99,9999 %
Fiziki şəxs – 0,0001%.