FED.az Azərbaycanın aparıcı banklarından olan «Bank VTB Azərbaycan»nın gəlir mənbələrini təqdim edir.
"Bank VTB Azərbaycan" - Tender Elan Edir
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Bank VTB Azərbaycan»ın gəlirləri 20 milyon 489 min manat təşkil edib. «Bank VTB Azərbaycan»ın göstəricilərindən aydın olur ki, ölkədə valyuta əməliyyatlarından ən çox gəlir əldə edən bankdır (ümumi gəlirlərdəki payına görə).
İlk 6 ayda Bank «VTB Azərbaycan» valyuta əməliyyatlarından 5 milyon 61 min manat gəlir əldə edib. Bu ölkə bankları arasında 6-cı göstəricidir. Bankın gəlirlərnin hər 4 manatından 1 manatı bu sahədən daxil olub.
Böyük ehtimalla bu göstərici Rusiya rublu ilə əməliyyatların həcminin kəskin artımı ilə bağlıdır.
Ənənəvi bank biznesinə qayıtsaq, «Bank VTB Azərbaycan»ın kredit portfelindən əldə etdiyi gəlirləri 10 milyon 452 min manat olub. Bu bankın bütün gəlirlərinin 51%-i deməkdir.
Daha 1,6 milyon manat isə komissiya haqlarından daxil olub. «Bank VTB Azərbaycan» qiymətli kağızlar bazarından gəlir əldə edir, amma cüzi – 6 ayda 179 min manat və ya cəmi 1%. Əvəzində bank başqa maliyyə qurumlarına verdiyi kreditlərdən 1,2 milyon manat gəlir lədə etməyi bacarıb – ümumi gəlirlərin 6%-i.
Digər faiz və qeyri-faiz gəlirləri isə «Bank VTB Azərbaycan»ın ümumi gəlirlərinin 10%-ni təşkil edib.
Ümumiyətlə, «Bank VTB Azərbaycan»ın gəlirlərinin 61%-i faiz, 39%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
10 452 |
51% |
QK-a investisiyadan gəlir |
179 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
- |
- |
Digər banklara kreditlərdən gəlirlər |
1 284 |
6% |
Komissiya haqları |
1 607 |
8% |
Valyuta əməliyyatlarından gəlirlər |
5 061 |
25% |
Digər faiz gəlirləri |
545 |
3% |
Digər qeyri-faiz gəlirləri |
1 360 |
7% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
20 489 |
100% |