Azərbaycanda fəaliyyət göstərən Rusiya kapitallı bank «Bank VTB Azərbaycan» 2019-cu ilin sonuna hesabatını açıqlayıb.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, ötən il bankın əsas göstəricilərində müsbət dəyişikliklər baş verib, və bank 2019-cu ili 4,76 milyon manat mənfəətlə tamamlayıb.
2019-cu ildə «Bank VTB Azərbaycan»ın faiz gəlirləri 8,3 milyon manat, faiz xərcləri 3.2 milyon manat təşkil edib.
Ötən il bankın qeyri-faiz gəlirləri 4.8 milyon manat, qeyri-faiz xərcləri 18,8 milyon manat təşkil edib.
2019-cu ildə bank mümkün zərərlər üzrə ayrılan ehtiyatlardan 14,9 milyon manat geri çəkib.
Nəticədə ötən il bankın xalis mənfəəti 4,75 milyon manat təşkil edib.
2019-cu ildə «Bank VTB Azərbaycan»ın aktivləri 22 milyon manat və ya 16,3% artaraq 157 milyon 359 min manat olub. Ötən il bank digər banklara və maliyyə təşkilatlarına 3 milyon manat kredit verib.
Müştərilərə verilən xalis kreditlər isə 12,6 milyon manat artaraq 62 milyon manatı keçib.
Bankın öhdəlikləri isə 16 milyon 730 min manat və ya 20,8% artaraq 97,1 milyon manata çatıb. Depozitlər isə 58,9 milyon manata yüksəlib.
Ötən il bankın kapitalı da 5,3 milyon manat artaraq 60,3 milyon manat olub.