Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında iştirak edərək kənd təsərrüfatı, yüngül və ağır sənaye sahəsində fəaliyyət göstərən şirkət nümayəndələrilə əməkdaşlıq imkanlarını müzakirə edib.
Tədbir İşgüzar Şuranın 2018- ci ildə fəaliyyətinin nəticələri və cari ilin planlarına həsr olunub. İclasda sənaye, kənd təsərrüfatı, tikinti və maliyyə sahəsində çalışan 100 yaxın şirkət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Azərbaycan və Rusiya arasındakı ticari-iqtisadi əlaqələrin uğurlu inkişafını qeyd edərək, iki ölkə sahibkarları arasında işgüzar əlaqələrin yeni inkişaf imkanlarını müzakirə edib.
“Bank VTB (Azərbaycan)-ın məhsul və xidmətləri ümumilikdə şirkətlərin biznes fəaliyyətini asanlaşdıramağa və sürətləndirməyə imkan verir. Buna İşgüzar Şuranın bankla gələcək əməkdaşlığı və tərəfdaş əlaqələrin inkişafı da təsir edəcək” - deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin şərh edib.
VTB (Azərbaycan) 1516 hüquqi şəxsə xidmət göstərir və onların yarısından çoxu RF ilə çalışan transsərhəd şirkətlərdir. Ötən il Azərbaycan müəssisələrinin RF ilə pul dövriyyəsi təxminən
170 mln manat təşkil edib.
"Bank VTB (Azərbaycan)" ixracatçılarla əməkdaşlıq imkanlarını müzakirə edib
13:07
1 Fev 2019