30 aprel 2018-ci il tarixində Bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbəti ümumi yiğincaği keçiriləcək.
Tədbir bankın baş ofisində, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
-Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağının katibinin seçilməsi
-Bankın 2017-ci ilə olan maliyyə hesabatlığına baxılması
-Bankın 2017-ci ilə olan mənfəətinin bölüşdürülməsi və dividentlərin ödənilməsinə dair təkliflərə baxılması