05 mart 2024-cü il tarixində “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
Bankdan FED.az-a verilən məlumata görə, tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın baş ofisində Bakı vaxtı ilə saat 12:00-da baş tutacaq.
Səhmdarlar yığıncağının gündəliyi aşağıdakı kimidir:
- Bank VTB (Azərbaycan) ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi haqqında.
- Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurası tərkibi ilə bağlı məsələlərin müzakirəsi.