Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Lüksemburq Təlim Mərkəzi, ATTF ilə birgə əməkdaşlıq çərçivəsində təlimçi Hr-konsultant Gilles Ossona de Mendez-in təqdimatında “İnsan Resurslarının İdarə edilməsi” təlim proqramı keçirilib.
Palatadan FED.az-a verilən məlumata görə, təlim proqramı çərçivəsində həmçinin menecer-kouç, işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi, motivasiya metodları, liderlik üslubları, insan resurslarının şirkətdə strateji rolu mövzuları müzakirə olunub.
Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 12 bank, 2 sığorta şirkətinin nümayəndələri, Palatanın əməkdaşları iştirak ediblər. Sonda təlim proqramını uğurla bitirən iştirakçılar sertifikatla təltif olunublar.
Bank və sığorta işçilərinə təlim keçilib
19:37
25 İyun 2018