Bank heç vaxt hansısa məlumatı vətəndaşdan telefon vasitəsilə istəyə bilməz.
Ötən il Azərbaycanda internetə 70 mindən çox bank kartı məlumatı sızdırılıb
FED.az xəbər verir ki, bunu maliyyə eksperti Əkrəm Həsənov deyib.
O, bildirib ki, kimsə vətəndaşa zəng edib kartın məlumatlarını istəyirsə dələduzdur.
Əkrəm Həsənov deyir ki, bəzən bankların daxilində də dələduzlar ola bilər.
Ekspert bildirir ki, hər bir vətəndaş öz maliyyə təhlükəsizliyinə görə məsuliyyət daşımalı və dələduzlara qarşı ayıq-sayıq olmalıdır. Bu cür hallarla rastlaşan şəxslər dərhal bankla və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlasınlar.