2022-ci il ərzində «Yelo Bank» tərəfindən verilmiş kreditlərin 67%-i mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə ayrılıb. Bu kreditlər Bankın ümumi kredit protfelinin 65%-ni təşkil edir.
FED.az xəbər verir ki, bu barədə «Yelo Bank»ın İdarə Heyəti üzvünün Mikro Biznes Müştəriləri üzrə müavini Samir Şahkərimov müsahibəsində bildirib.
Onun sözlərinə görə, ümumilikdə Bank bu il ərzində sahibkarlara 288,4 milyon manat həcmində biznes krediti verilib. «Sahibkarların ilbəil artan maliyyə tələbatı tendensiyasını nəzərə alsaq, qarşıdakı dövrlərdə bu nisbətin bir qədər də artacağı gözlənilir».
Qeyd edək ki, cari ilin 3-cü rübünün sonuna olan statistik məlumata əsasən, Yelo Bank biznes kredit portfelinin artım dinamikasına görə ölkə bankları arasında birinci yerdədir.
Bank biznesin bütün sahələrinə kredit ayırır, amma bir sıra sahələrə tələbat daha yüksəkdir: «Sahibkarlıq fəaliyyətinin istənilən sahəsi tərəfimizdən maliyyələşdirilir, lakin daha çox kredit ayrılan sektorlar ticarət, xidmət və kənd təsərrüfatıdır».