Ləğv prosesində olan “Bank Standard” QSC-nin vaxtilə verdiyi kreditlərlə bağlı 2 582 məhkəmə prosesi gedir.
FED.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev məlumat verib.
Eləcə də bax: «Bank Standard»da bir nəfərin - 44 MİLYON DOLLARI BATIB
Onun sözlərinə görə, bəzi məhkəmə işləri artıq icraatdadır: “Bu işlər üzrə kreditlərin ümumi məbləği 230 milyon manatdır”.
V.Abdullayev həmçinin qeyd edib ki, ləğvetmə dövründə Bankdan kredit götürənlər ADIF-ə 84 milyon manat ödəniş edib, 60 milyon manatlıq əmlak isə Fondun balansına götürülüb.
“Report”