Bu gün, saat 15:00-da ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək.
Bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, iclas “Bank Standard”ın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında olacaq.
“Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev də iclasa dəvət olunub”, - deyə Ə.Həsənov qeyd edib.
Bundan başqa, hüquqşünas bildirib ki, noyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində, hakim Kəmalə Abiyevanın sədrliyi ilə lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-nin Ləğv Planının təsdiq edilməsi ilə bağlı növbəti iclas keçirilib. Amma iclas nəticəsiz başa çatıb.