Bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Bank Standard” QSC-də Kreditorlar Komitəsinin ilk iclasını keçirir.
İclasda Komitənin üzvü - hüquqi şəxslərin nümayəndələri, eləcə də Bankdan böyük məbləğdə alacağı olan fiziki şəxslər iştirak edirlər.
İclasda çıxış edən ADIF-in icraçı direktoru Azad Cavadov bildirib ki, ləğvetmə prosesində olan banklardakı 3,2 mlrd. manat vəsaitin 1,2 mlrd. manatı “Bank Standard”dadır. Bu pul 150 minə yaxın əmanətçiyə məxsusdur.
Onun sözlərinə görə, Kreditorlar Komitəsinin tərkibinə 20 hüquqi və fiziki şəxs daxil olsa da, kiçik əmanətçilərin də hüquqları qorunacaq və bunun üçün ictimai birliklər təşkil edilib.
A.Cavadov onu da qeyd edib ki, yaxın 1 ay ərzində ləğvetmə prosesində olan digər kommersiya banklarının Kreditorlar Komitənin iclası keçiriləcək.