Aprelin 26-da, saat 15:00-da ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında olacaq. İclasda “Bank Standard”ın ləğv edilməsi ilə bağlı son vəziyyət, bu istiqamətdə keçirilən məhkəmə iclaslarının nəticələri müzakirə ediləcək.