Nəsimi rayon məhkəməsində müflisləşmiş “Bank Standard”ın 82 əmanətçisi “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyinə qarşı iddiaya baxılır. İclasda KPMG-nin nümayəndələri iştirak edirib”.
FED.az x'b'r verir ki? bu barədə vəkil Əkrəm Həsənov bildirib.
O qeyd edib ki, KPMG-nin nümayəndələri iclasın qapalı keçirilməsi üçün vəsatət veriblər: “Vəsatətə görə, proses əsnasında bank sirri təşkil edən məlumatlar açıqlana bilər. Vəsatət təmin olundu, iclas qapalı keçdi. Əlbəttə, müflisləşmiş bank üzrə hər hansı bank sirrinin olması absurddur. Bank yoxdursa, bank sirri necə ola bilər axı? Təbii, KPMG sadəcə iclaslarda ictimaiyyətin və mətbuatın iştirakından ehtiyatlanır. Amma hər bir halda iclasda əmanətçilər də iştirak etdiyi üçün zal onsuz da dolu idi”.
Vəkilin sözlərinə görə, əmanətçilərin iddiası ondan ibarətdir ki, KPMG “Bank Standard”ın kənar auditoru olaraq bankın maliyyə vəziyyətini düzgün qiymətləndirməyib: “Belə ki, məsələn, KPMG bankın itkilərini 15 mln. manat kimi göstərdiyi halda indi məlum olub ki, itkilər 1 mlrd. manatdan çoxdur. Təbii, əmanətçilər də KPMG-nin illik rəylərini nəzərə alaraq, “Bank Standard”a etimad edərək orada əmanət saxlamışlar. Bank müflisləşib, ləğvedici olan Əmanətlərin Sığortalanması Fondu da indi faktiki olaraq deyir ki, əmanətçilərin pulu qaytarılmayacaq, çünki vəsait yoxdur. Bütövlükdə vətəndaşların bu bankda 157 mln. manatı, hüquqi şəxslərin isə 400 mln. manatdan çox pulu qalıb. İddia vermiş 82 əmanətçi KPMG-dən 47 mln. dollar məbləğində vurulmuş zərərin əvəzinin ödənilməsini istəyir”.
KPMG-nin vəkili işdəki materiallarla tanış olmadığı üçün onlara vaxt verilməsini istədi. Növbəti iclas avqustun 9-da saat 15.30-da olacaq.