Ləğvetmə prosesinin şəffaflığının təmin edilməsi məqsədi ilə "Bank Standard" QSC-nin aktivlərinin qiymətləndirilməsi KPMG audit şirkətinin Azərbaycan nümayəndəliyinə həvalə olunub.
Əmanətlərin Sığortalanması Fondundan FED.az-a verilən məlumata görə, "Bank Standard" QSC-nin aktivlərinin qiymətləndirməsi həmin şirkət tərəfindən Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun olaraq təşkil edilib.
Qeyd edək ki, "KPMG Azərbaycan" KPMG Avropanın, yəni Rusiya, MDB ölkələri, Almaniya, İngiltərə, İsveçrə, Hollandiya, İspaniya, Belçika, Türkiyə, Norveç, Lüksemburq və Səudiyyə Ərəbistanının audit, vergi və hüquq, məsləhət xidməti praktikalarını əhatə edən "KPMG Europe LLP"-nin tərkibinə daxildir.
KPMG "böyük dördlük" şirkəti olaraq, dünyanın 152 ölkəsində 189 mindən çox əməkdaşa malik olmaqla audit, vergi və məsləhət xidmətləri göstərən peşəkar şirkətlərin qlobal şəbəkəsidir.