Rusiyanın ən böyük banklarından olan «Sberbank» ilk dəfə olaraq öz şöbələrində aptek açacaq.
Eləcə də bax: "Sberbank" bu il Rusiya iqtisadiyyatının 4,5%-dək azalacağını - Proqnozlaşdırır
FED.az xəbər verir ki, bu «SberApteka» pilot layihəsin çərçivəsində həyata keçiriləcək. Bankın sədr müavini Lev Xasis bildirib ki, bank şöbələrində apteklər üçün yerlər güzəştli şərtlərlə veriləcək və burada aşağı qiymətlər olacaq.
«Əgər biz görsək ki, bizim müştərilərimiz banka baş çəkməklə apteka getmək variantını bəyənirlər, biz bu layihəni genişləndirəcəyik». Bu layihə çərçivəsində dərmanların qablaşdarılması da dəyişəcək.
«Əksər hallarda həkim xəstəyə cəmi 5 həb yazır, amma qutunun içərisində 50 həb olur və xəstə bu 50 həbin hamısını almalı olur. Ona görə də, yeni layihədə müştərilərə imkan veriləcək ki, yalnız özlərinə lazım olan qədər dərman alsınlar».
Xatırladaq ki, «Sberbank»da dəyişikliklər 2020-ci ilin sentyabrından başlayıb. Həmni vaxt bankın adı «Sber»ə dəyişdirilib. Bankın sədri German Qref isə elan edib ki, bundan sonra banklarda digər xidmətlər, hətta kafelər və istirahər yerləri də olacaq.
Eləcə də «Sberbank» yeni bankomatlar nümayiş etdirib. Bu bamnkomatlar üztanıma xüsusiyyətinə malikdirlər və səslə idarə olunurlar. Eləcə də yeni bankomatlar vasitəsilə müxtəlib qeyri-maliyyə xidmətləri də almaq olar. Məsələn, onun vasitəsilə taksi çağırmaq, kinoya bilet almaq və sair mümkündür.