Bank sistemində rəqəmsallaşma müzakirə olunub.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) FED.az-a bildirilib ki, assosiasiya və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkilatçılığı, “KPMG” beynəlxalq təşkilatının dəstəyi ilə sentyabrın 9-da “Rəqəmsallaşma və innovativ həllər” mövzusunda tədbir keçirilib.
Eləcə də bax: Bank sistemində rəqəmsallaşma ilə bağlı - TƏDBİR KEÇİRİLƏCƏK
Bank sistemi və sığorta sektoruna yönəlmiş tədbirdə “KPMG” beynəlxalq təşkilatının yerli və xarici ekspertləri tərəfindən bank sistemində rəqəmsallaşma, informasiya texnologiyaları sahəsində hüquqi normativ tənzimləmələr, habelə rəqəmsal əmək üzrə informasiya texnologiyalarının idarəedilməsi ilə bağlı təqdimatlar keçirilərək qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılması istiqamətində tədbirlər davam edir.