"Bank Silkway" ASC-nin Audit Komitəsinə yeni sədr təyin edilib.
Bu barədə bankın idarəetmə hesabatında bildirilib.
Məlumata görə, söhbət Fərhad Adil oğlu Bəxşəliyevdən gedir. O, bu vəzifədə Azər Qəzənfər oğlu Sultanovu əvəz edib.
Xatırladaq ki, "Bank Silkway" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azalbank"ın hüquqi varisidir. Onun nizamnamə kapitalı 101 544 885 manatdır. Səhmlər 3 fiziki şəxsə məxsusdur.
Report©