Bank Silk Way növbəti “Cash-in” bankomatlarını istifadəyə verib.
«Bank Silk Way» ASC-nin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, yeni “Cash-in” bankomatları bankın baş ofisində Həsən Əliyev 131A ünvanında quraşdırılıb.
Məlumatda bildirilir ki, baş ofisdə hal hazırda “Cash-in” funksiyasını dəstəkləyən bankomatların sayı 3-ə çatdırılıb.
Yaxın günlərdə daha bir neçə “Cash-in” bankomat şəhərin mərkəzi küçələrində istifadəyə veriləcək.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz. www.fb.com/swbankmiles
Bank Silk Way “Cash-in” bankomatlarını istifadəyə verdi
14:14
28 Fev 2017