Bank Silk Way ASC 2016-cı ilin sonuna dair maliyyə hesabatlarını açıqlayıb. Bank Silk Way ASC 2016- ci ili də mənfəətlə başa vurmuşdur. Belə ki, Bankın aktivləri 2016-cı ildə 35.84 mln. manat artaraq 403 mln. manatı keçmişdir. Kredit portfelindədə müsbət artım tendensiyası müşahidə olmuşdur. Qeyd olunan dövr ərzində kredit portfeli 41 mln. manat artaraq 388.33 mln. manat olmuşdur.
Depozit portfeli müvafiq dövr ərzində 17 mln. manat artaraq 120.38 mln. manata çatmışdır. Cəlb edilmiş vəsaitlər 164 mln. manat olmuşdur.
Bank 2016- cı ili 1.559 mln manat xalis mənfəətlə başa vurmuşdur.
Hesabatları sizə təqdim edirik:
Bank Silk Way 2016- ci ili mənfəətlə başa vurub
18:38
23 Yan 2017