Azərbaycan bank sektorunun ümumi kredit portfeli 2026-cı ilin fevralın 1-nə 29 milyard 980,1 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 milyard 465,4 milyon manat və ya 9% artım deməkdir.
Bununla belə, ilin əvvəlindən (ötən ilin sonu ilə müqayisədə) bankların cəmi kredit portfelində 82,9 milyon manat (0,3%) cüzi azalma qeydə alınıb.
Xatırladaq ki, bankların cəmi kredit portfeli 2025-ci ilin sonunda 30 milyard 63 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 27 milyard 514,7 milyon manat təşkil edirdi.












